İlham Əliyev Ərdoğanın oğlu ilə görüşüb

18 Aprel 2018 18:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlət başçısına çatdırıblar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik ediblər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildiriblər.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.