Ucarda 2 avtomobil toqquşdu - Yaralılar var

18 Aprel 2018 21:21 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşub.

Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.