Bakı-Quba yolunda qəza - Ölən var

19 Aprel 2018 10:11 (UTC+04:00)

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə magistralın Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Təxminən 40-45 yaşlı kişini maşın vuraraq öldürüb. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az