“Taktikanı dəyişdiririk” - Nikol Paşinyan

19 Aprel 2018 11:15 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan bildirib ki, onlar taktikanı dəyişdirirlər.

"Yolları bağlamırıq. Əksinə, yolun hər iki tərəfində dururuq və sürücülərə "Serjə qarşı çıxırsansa, siqnal ver" deyirik. Baxın görün, nə olur", deyə Paşinyan bildirib.

Sürücülərin bir çoxu siqnal verərək nümayişçilərə dəstəklərini ifadə ediblər.