DİM ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil edir?

19 Aprel 2018 12:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda bildirilib.

“Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir”, - deyə məlumatda qeyd olunub.