Ermənistanda jurnalist döyüldü

19 Aprel 2018 12:27 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "İnformasiya Vətəndaşları Birliyi" QHT-nin jurnalisti Tirayr Muradyan bu gün polis tərəfindən döyülüb.

Həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər. Lakin jurnalist daha 6-7 saat xəstəxanada qalmalıdır.