Cəlilabadda kütləvi dava - Xəsarət alanlar var

19 Aprel 2018 22:39 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.