“Mançester Yunayted”in futbolçusu ulduz reperlə müqavilə imzaladı - Foto

20 Aprel 2018 20:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Lukaku ulduz reper Jay-Z- nin Roc Nation Sports şirkəti ilə müqavilə imzalayıb.

Bu müqavilə ilə də o, Jay-Z-nin layihəsinə qoşulan ilk Premyer Liqa oyunçusu olub.

Qeyd edək ki, bu proyektə Bayern-in oyunçusu Jérôm Boateng və MBA-nın ulduzları Kevin Durant da qoşulub.

Jay-Z-nin yeni proyektində əsas məqsəd ulduz idmançılarla birgə əməkdaşlıq edərək onların təqdimatı ilə məşğul olmaqdı. Əsas etibarı ilə kommersiya xarakterli bir layihədir.