Kim Çen In nüvə və raket sınaqlarını dayandırdı

21 Aprel 2018 09:01 (UTC+04:00)

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.

AzNews.az