Balotelli Fransa klubundan gedir

21 Aprel 2018 09:43 (UTC+04:00)

"Report"un məlumatına görə, 28 yaşlı oyunçu məlumatı şəxsi "İnstagram" hesabından paylaşıb.

Hücumçu yayda komandanı tərk edəcəyini açıqlayıb: "Burada iki gözəl mövsüm keçirdim. Hər kəsə təşəkkür edirəm. Amma hələ qarşıda 5 oyun var".

İtaliyalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. Beləliklə, Balotelli artıq azad agent kimi digər klublarla danışıqlar aparmaq hüququna malikdir.

Qeyd edək ki, Mario Balotelli 2016-cı ildən etibarən "Nitsa" komandasında çıxış edir.

AzNews.az