Qızıl ucuzlaşdı

21 Aprel 2018 10:38 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,54% - 7 328,17 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,21% - 12 540,50 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,39% - 5 412,83 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 11,20 dollar ucuzlaşaraq 1 337,60 dollara, gümüşün unsiyasının qiyməti 0,12 dollar azalaraq 17,11 dollara satılıb.

AzNews.az