“Şimali Koreyanın bu addımını alqışlayırıq” - Yaponiya

21 Aprel 2018 11:09 (UTC+04:00)

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə bəyanatla aprelin 21-də ölkənin baş naziri Şinzo Abe çıxış edib.

Ş.Abenin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Bu, müsbət istiqamətdə addımdır və biz bunu alqışlayırıq. Bununla yanaşı, biz bunun nüvə silahının tam, nəzarət olunan və dönməz ləğvinə münasibətini aydınlaşdırmaq məqsədilə onu diqqətlə izləməkdə davam edəcəyik”.

Baş nazir, həmçinin qeyd edib ki, Yaponiyanın Şimali Koreyaya münasibəti dəyişməyəcək. Tokio Vaşinqton və Seul ilə sıx əməkdaşlıq şəraitində bu ölkənin nüvə-raket proqramları probleminin həllinə çalışacaq.

AzNews.az