Fransa millisinin hər bir üzvü 400 min alacaq, əgər...

21 Aprel 2018 11:53 (UTC+04:00)

"Report"un "L`Equipe"ə istinadən verdiyi məlumata görə, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək.

Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Komanda finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

AzNews.az