Gürcüstanlı sərhədçi Azərbaycanla sərhəddə intihar etdi

21 Aprel 2018 12:31 (UTC+04:00)

APA-nın Gürcüstanın “İmedi” kanalına istinadən verdiyi məlumata görə, ötən axşam Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Laqodexi” sərhəd postunda sərhədçinin meyiti tapılıb.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az