Bu kəndə 12 santimetr hündürlüyündə qar yağıb

21 Aprel 2018 12:46 (UTC+04:00)

Departamentdən bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan Muxtar Respublikasında 1-4, Lənkəran-Astara zonasında 1 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10 (Quba), Dəstəfurçay Qaraqollarda, Gəncəçay-Alaxançallıda (Daşkəsən) və Şahdağda (Qusar) 5 santimetr olub.

AzNews.az