“Real Madrid” Ronaldoya yeni müqavilə təklif edəcək

21 Aprel 2018 13:26 (UTC+04:00)

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.

Portuqaliyalı hücumçu təklifdən xəbərdardır və bu təşəbbüsü müsbət qarşılayıb.

Xəbərdə bildirilir ki, yeni müqavilənin müddəti 2021-ci ilin iyun ayına qədər olacaq. Futbolçu isə illik 30 milyon avro qazanacaq.

AzNews.az