Uçan “Terminatorlar” raketlərdən yayına biləcək

21 Aprel 2018 15:10 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” Rusiyanın aviasiya sahəsində çalışan mənbəyə istinadən məlumat yayıb.

“2018-ci ilin payız aylarında bütün “Mi-8AMTŞ-V” helikopter parkının “Vitebsk” göyərtənin müdafiə kompleksi ilə təchizatı üzrə işlərin başa çatdırılması planlaşdırılır”, - deyə mənbə bildirib.

“Vitebsk” sistemi başlıca olaraq helikopterlərin infraqlırmızı tuşlama sistemi olan raket komplekslərindən mühafizəsi üçün nəzərdə tutulub. Sistem bir neçə kilometr radiusunda düşmən raketinin buraxılışını müəyyən edir və raketi hədəfdən yayındırır.