Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib

21 Aprel 2018 19:00 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən AzNews.az-a bildiriblər ki, ümumi kredit portfelinin 9415,6 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1700,9 milyon manata çatıb və ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.