Dmitri Medvedyev Novruz Məmmədovu təbrik edib

21 Aprel 2018 19:21 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında yayılan məlumatda qeyd edilib.

Təbrikdə deyilir: "Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir".