Sarkisyan müxalifət lideri ilə görüşdü

21 Aprel 2018 21:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan müxalifət lideri Nikol Paşinyanla görüşdən sonra etirazçılarla dialoq gözlədiyini bildirib.

Etirazçılar ilə danışıqların mümkün olub-olmadığını soruşduqda o cavab verib: "Ümid edirəm".

Görüş Yerevanın Respublika meydanında minlərlə etirazçının iştirak etdiyi mitinq zamanı baş tutub.