Ermənistanda etiraz aksiyasının lideri Nikol Paşinyan saxlanıldı

22 Aprel 2018 12:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan ilə Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz olub.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.