Ağstafada piyadanı avtomobil vurdu

22 Aprel 2018 13:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1953-cu il təvəllüdlü Babayev Ələstün Əli oğlu Qıraq Kəsəmən kəndində yolu keçmək istəyən zaman onu "VAZ-2106" markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.