"Bir daha qadın kimi xoşbəxt olmayacam" - Xalq artisti

22 Aprel 2018 13:42 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova verilişlərin birində öz açıqlamasında bildirib.

Ad günü ərəfəsində proqrama qatılan aktrisa həyatından danışıb. O bildirib ki, qadın kimi heç vaxt xoşbəxt olmayıb:

"Valideyn itkisi ən ağır idi. Atamı itirdim, ananm mənə ruh verdi. Onun sayəsində addımlar atdım. Bir qadın, qız, uşaq kimi mənə lazım olanda atam getdi. Məsləhətlər almaq istəyəndə anamı itirdim. Anamın arzusu ilə ailə qurdum. Özümə çox qapandım, verilişlərə çıxmadım, depressiyaya düşdüm. O vaxt Allah mənə qızımı verdi. Anladım ki, qızım üçün yaşamalıyam. Mən zərifəm, zəif yox".