Neftçalada yol qəzası - Yaralılar var

22 Aprel 2018 13:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri: - 1992-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Manafov və 1988-ci il təvəllüdlü Xəyal Gündüz oğlu Nuriyev xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.