Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazanıblar

22 Aprel 2018 18:06 (UTC+04:00)

AzNews.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıblar.