"Hirsimi dəmirdən çıxdım" – Yunis Hüseynov

22 Aprel 2018 20:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis bildirib ki, komandası qələbə qazana da bilərdi. Lakin 55-ci dəqiqədən 10 nəfərlə oynamağa məcbur olmaları buna maneçilik törədib: "Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müayinə edəcəyik".

Hüseynov futbolçularla yanaşı, özünün də zədələndiyini bildirib: "Elə epizod oldu ki, hirsimi dəmirdən çıxdım. Dəmir əlimi kəsdi".

Baş məşqçi referi narazı qaldığı Ramil Diniyevin ondan sələfi Şahin Diniyevi əvəzləməsinin heyfini çıxması ehtimalını isə inkar edib: "Yox. Sadəcə, baş hakim səhvlərə yol verdi. İstərdim ki, siz jurnalistlər baxıb buna qiymət verəsiniz" (sportnet.az).