“Soyuq müharibə geri döndü” - BMT-nin baş katibi

23 Aprel 2018 14:01 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Quterreş bildirib ki, Suriyada son zamanlar baş verənlər soyuq müharibənin geri döndüyünə işarədir. Lakin keçmişdə baş verən soyuq müharibə ilə indiki arasında müəyyən fərqlər var.

"ABŞ-la Rusiya artıq hər kəsə nəzarət edə bilmir. Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər dövlətlər bölgədə aktiv rol oynamağa başlayıb", deyə BMT-nin baş katibi bildirib.

Quterreş BMT-nin Suriya problemini həll edə bilməyəcəyini də etiraf edib.