Formula 1 zamanı hava necə olacaq? - İlkin proqnozlar

23 Aprel 2018 20:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərbəst yürüşlər zamanı, yəni cümə və şənbə günlərində hava bir qədər buludlu olacaq, temperatur isə +24 dərəcəyə qədər yüksələcək.

Final günü üçün gözlənilən hava şəraiti isə Formula 1 həvəskarlarını məyus edə bilər. Belə ki, bazar günü havanın temperaturu aşağı düşəcək. Küləkli hava olacağı gözlənilir və yağış yağması da istisna edilmir.

Qeyd edək ki, keçən il Bakı Qran Prisi iyun ayında keçirilib və sessiya zamanı quru hava müşahidə olunub.