Meşədə itən 3 yaşlı qızı it xilas etdi

24 Aprel 2018 11:16 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 3 yaşlı Aurora adlı qız meşədə itib. Axtarışa başlayan polis qızı tapa bilməyib. Bu zaman qızın iti onun nənəsinin yanına gedərək ona yol göstərməyə başlayıb. İti təqib edən nənə öz nəvəsini tapıb.