Spiker yüksək vəzifəyə təyin edilən deputatları təbrik etdi

24 Aprel 2018 12:34 (UTC+04:00)

AzNews.az “Ölkə.Az”a istinadən xəbər verir ki, spiker Oqtay Əsədov əvvəlcə hökumətdə təmsil ediləcək həmkarlarını təbrik edib.

“Prezidentin sərəncamları ilə bir sıra həmkarımız yeni hökumətdə təmsil olunacaq. Hər birimizin adından həmkarlarımızı yeni hökümətdə təmsil olunması münasibətilə təbrik edirəm. Buna görə də ölkə prezidentinə minnətdarlığımızı bildirək. Həmkarlarımızın hər birini təbrik edirik”.

Qeyd edək ki, Milli Məclisdə bu gün 20 məsələ müzakirə ediləcək.