Prokuror baş redaktora 9 il iş istədi

24 Aprel 2018 13:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.