“Ermənistandakı situasiyanı Ukraynadakı dövlət çevrilişi ilə müqayisə etmək düzgün deyil” - Peskov

24 Aprel 2018 14:21 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Peskov bildirib ki, Ermənistandakı hadisələri Ukraynadakı olaylarla müqayisə etmək düzgün deyil. Bu ölkələrdəki vəziyyət tamamilə fərqlidir.

Qeyd edək ki, dünən 10 gündən artıq davam edən nümayişlər nəticəsində Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib.