Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlandı

24 Aprel 2018 17:19 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin üzvü Rüstəm Mahmudyan ölkədə yeni baş nazirin seçilməsinin mayın 2-də baş tutacağını bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarkisyan 10 gündən çox davam edən etiraz aksiyaları nəticəsində vəzifəsindən istefa verib.