"İranla nüvə razılaşması axmaqlıqdır" - Tramp

24 Aprel 2018 19:10 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp bu gün fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı deyib.

Makron isə bu nüvə razılaşmasının Orta Şərqin təhlükəsizliyi üçün mühüm bir addım olduğunu deyib.

İran lideri Ruhani isə ABŞ-a cavab olaraq bildirib: "Rəsmi Vaşinqton anlaşmaya qarşı çıxarsa, ciddi nəticələrin də olacağını bilməlidi . Ümumiyyətlə, hər hansı bir dövlət müqavilənin şərtlərinə xəyanət edərsə, baş verə biləcək prosesləri də qabaqcadan gözləməlidi".

AzNews.az