Cəlilabad sakini həmkəndlisini bıçaqladı

24 Aprel 2018 22:33 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elgün Şahmarovla Elməddin Xəlil oğlu Şükürov arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Şahmarov üzərində gəzdirdiyi bıçaqla E. Şükürova çoxsaylı bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.