Tramp yenə qondarma "erməni soyqırımı" ifadəsini işlətmədi

24 Aprel 2018 23:34 (UTC+04:00)

AzNews.az Dünya mətbuatına istinadən xəbər verir ki, Tramp sabiq prezident Barak Obamanın ənənəsini pozmayıb və həmin hadisələri soyqırım deyil, “Böyük fəlakət” adlandırıb.

Tramp hər il 24 apreldə anılan həmin hadisələr barədə bunları deyib:

“Bu gün 20-ci əsrin ən böyük fəlakətlərindən birini xatırlayır və anırıq. Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik və ABŞ-da və dünyanın dörd bir yerində yas tutan ermənilərin yanındayıq.”.