“Elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır” - Akif Əlizadə

25 Aprel 2018 12:29 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

AMEA prezidenti gənclərə müraciət edərək “Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır", - deyə bildirib.

O qeyd edib ki, elmlə təhsil vəhdət yaratmasa, inkişaf olmayacaq: "Sovet vaxtı elmlə təhsili bir-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı".

AMEA-da magistratura pilləsinin yaradıldığını xatırladan akademikin sözlərinə görə, üç il əvvəl magistraturaya ilk olaraq 18 nəfər qəbul olunub: "Artıq həmin 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir".

AzNews.az