Ramil Usubov onu Qaradağa rəis təyin etdi

25 Aprel 2018 14:44 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.