Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

25 Aprel 2018 17:38 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq. Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.