“Qaçqınkom”dan Gəncədəki yanğınla bağlı açıqlama

25 Aprel 2018 19:22 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, açıqlamada deyilir:

“25 aprel 2018-ci il tarixdə Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olmuş, mövcud vəziyyətlə yerində tanış olub. Qeyd etmək istəyirik ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa edilə