Göyçay sakinindən yarım kiloqram narkotik götürüldü

25 Aprel 2018 20:56 (UTC+04:00)

AzNews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkar edilib. Polis əməkdaşları onun yaşadığı evin həyətindəki qaraja baxış keçirərək orada gizlətdiyi 485 qram marixuananı da aşkar edilərək götürüblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.