Bakıda fərdi evdə yanğın baş verdi

25 Aprel 2018 21:51 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 4 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.