“KİA” aşdı - Sürücünün bacısı öldü

26 Aprel 2018 11:29 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən AzNews.az-a verilən məlumata görə, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.