“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”

26 Aprel 2018 13:54 (UTC+04:00)

Rəşid Mahmudov açıqlamasında Lalə Babayevanın gənc olduğu üçün düşünmədən bu cür aşağılayıcı fikirlər söylədiyini bildirib.

"Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu, ayaqyalın tinlərdə dayanırdı və sairə bu cür işlərlə məşğul olurdular. Ümumiyyətlə, kəndli-şəhərli ayrı-seçkiliyi salmaq yolverilməzdir. Bu cür fikirlər cəmiyyəti parçalamağa yönəlmiş təxribat xarakterli hərəkətlərdir. Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm. Amma mən heç zaman kəndli-şəhərli söhbəti etmərəm. Hamımız azərbaycanlıyıq, vəssalam!”.
R.Mahmudov insanları bu cür həssas məsələlərdə diqqətli olmağa çağırıb.(Sfera.az)

AzNews.az