"Mercedes" hasara çırpıldı

26 Aprel 2018 14:01 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq Heydər Əliyev parkının daş hasarına çırpılıb.

Hadisə zamanı avtomobildə olan iki nəfər Göyçay sakini, 1989-cu il təvəllüdlü Zeynalov Fərid İlham oğlu və həmyaşıdı Soltanov Rasim Nəsiman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az