Prezident britaniyalı nazirlə görüşdü

26 Aprel 2018 16:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. O, Bakıya səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.