ECB uçot dərəcəsini sabit saxlayıb

26 Aprel 2018 17:14 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb.

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin açıqlama verəcəyi gözlənilir.