"Bakı treki sürücülərdən böyük cəsarət tələb edir" - Toto Volff

26 Aprel 2018 19:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Mercedes komandasının rəhbər Toto Volff bildirib:

Azarkeşlərlə yanaşı biz də olduqca həyəcanlıyıq. Ötən il Ferrari komandasına qarşı gərgin mübarizə apardıq. Bu il daha gərgin yarış gözləyirik. Red Bull və Ferrari komandaları bizə qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər.

Bu komandaların həm sürücüləri, həm də bolidləri yüksək səviyyəlidir. Heç də hamı belə bir mübarizənin lehinə deyil, ancaq komandamız belə gərgin yarışları sevir. Bakı yarışı haqqında proqnoz vermək çətindir. İlk dəfədir ki, Azərbaycan Qran Prisi aprel ayına təsadüf edir. Hava şəraiti ötən illə müqayisədə fərqli olacaq.

Bakı treki sürücülərdən böyük cəsarət tələb edir. Ötən ilin podiumu, məsələn, gözlənilməz oldu. Şəhər treklərini də fərqləndirən cəhət də elə budur”.