Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik - Alonso

26 Aprel 2018 21:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri McLaren komandasının pilotu Fernando Alonso deyib:

“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran Prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bu, mövsümün ən sürətli şəhər trekidir. Trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir. Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.