"Arşın mal alan" Monteneqro səhnəsində - Fotolar

26 Aprel 2018 20:52 (UTC+04:00)

AzNews.az "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Film tamaşaçılar tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, “Arşın mal alan” filmi 1913-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında 1945-ci ildə ağ-qara formatda çəkilib. Ekran işi Heydər Əliyev Fondunun təşəbbüsü və “Ata Holding” şirkətinin dəstəyi ilə 2013-cü ildə operettanın 100 illiyi münasibətilə Hollivudda bərpa edilib.